Poroşenko Minskdə Angela Merkel ilə görüşü zamanı sülh barədə danışıqlar aparmaq niyyətindədir

Poroşenko Minskdə Angela Merkel ilə  görüşü zamanı sülh barədə danışıqlar aparmaq niyyətindədir
# 22 avqust 2014 00:40 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Poroşenko ötən gün Nikolayev şəhərində çıxışı zamanı AB-nin üç nümayəndəsi ilə birlikdə Minskə sülh barədə danışıqlar aparmaq üçün səfər edəcəyini qeyd edib.

Poroşenkonun sözlərinə görə, o, görüşdə Rusiya yönümlü silahlıların Ukraynadan çıxarılmasını tələb edəcək. “Ukrayna sülh istəyir, bütün dünya artıq münaqişələrdən yorulub”, deyə o bildirib.

Qeyd edək ki, avqustun 26-da Ukrayna, Rusiya, Belarus, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin görüşü keçiriləcək.

Tədbir çərçivəsində Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR