Gürcüstanın Vergi Xidməti: 2 ton 790 kq heroin Gürcüstana Azərbaycandan yox, Ermənistandan keçib - VİDEO

Gürcüstanın Vergi Xidməti: 2 ton 790 kq heroin Gürcüstana Azərbaycandan yox, Ermənistandan keçib - <span style="color: red;">VİDEO
# 16 iyul 2014 18:50 (UTC +04:00)

APA-nın Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidmətinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin birgə araşdırması nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığına qarşı cinayətin üstü açılıb. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yük maşınının yoxlanışı zamanı 2 ton 790 kiloqram maye halında narkotik vasitə aşkarlayıblar. Aparılan araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstan ərazisinə Ermənistan Respublikasından daxil olub və Türkiyə istiqamətində hərəkət edirmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları yük maşınından içərisində maye heroin olan, hər biri 30 kq olan 93 ədəd çəllək aşkar edərək götürüblər.

İlkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, aşkar edilən narkotik vasitənin 80 faizi xalis heroindir və qiyməti yüz milyonlarla ABŞ dolları ilə ölçülür.

Xatırladaq ki, iyulun 12-də Gürcüstan sərhədində külli miqdarda narkotik vasitə ilə dolu yük maşını saxlanılıb. Yük maşınının yoxlanışı zamanı 2 ton 790 kiloqram maye halında narkotik vasitə aşkarlanıb. Gürcüstan DİN rəhbəri A.Çikaidze açıqlamasında narkotik vasitənin Əfqanıstan mənşəli olduğunu və onun Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini bildirmişdi. Nazir narkotikin Azərbaycan sərhədindən əməliyyat tədbirləri çərçivəsində buraxıldığını qeyd etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR