Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə 1 xalla start verib - VİDEO

Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə 1 xalla start verib - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2015 20:54 (UTC +04:00)

APA-nın məlumatına görə, tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. “Qəbələ” qrup mərhələsindəki ilk oyununda heç-heçə oynayaraq (0-0), 1 xal qazanıb.

“Qəbələ” qrup mərhələsinə qədər təsnifat mərhələsində uğurlu çıxış göstərərək “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

“Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) - 0:0

Bakı. “Bakcell Arena”

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR