Bakıda sakinini bıçaqlayan şəxs həbs edilib

Bakıda sakinini bıçaqlayan şəxs həbs edilib
# 20 avqust 2014 08:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 19-da Azadlıq prospektində Bakı şəhər sakini Ramin Qafarov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə daxil olub.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR