Kürdəmirdə motosikletçi qəzaya düşüb

Kürdəmirdə motosikletçi qəzaya düşüb
# 25 sentyabr 2015 15:42 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda motosikletçi qəzaya düşüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. Bakıdan Gürcüstana doğru motosikletlə hərəkət edən 50 yaşlı Ələkbərov Məmməd Ayxan oğlunun motosikleti yoldan çıxaraq aşıb. Nəticədə M. Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR