Bank Of Baku

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Səyyad Aran, Milli Məclisin deputatı

© APA | Səyyad Aran, Milli Məclisin deputatı

# 21 sentyabr 2026 11:07 (UTC +04:00)

Milli Məclisin deputatlarının səlahiyyəti artırılmalıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

“Sənin hünərin çatır, ay nazir, nazirlər camaatın içinə çıxmağa? Get, sən özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyir ki, siz yol çəkən deyilsiniz! Bəs bizi niyə rayonlara göndərirsiniz? Niyə camaatın içinə bizi göndərirsiniz? Deyirlər, gedin camaatı dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş ver”, - deyə deputat qeyd edib.

Səyyad Aran nazirlərin keçirdiyi qəbulların qaydasına da etirazı olduğunu sözləyib: "Tutaq ki, səhiyyə ilə bağlı qurumun rəhbəri rayonda qəbul keçirməyə gedir. Səhiyyə naziri qəbula gedir, ətrafı elə kəsdirirlər ki, nazirə yaxın düşmək olmur. Həm də əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alırlar və onları qəbula buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm. Qəbuldan çıxanda da bu nazirləri elə aradan çıxarıb göndərirlər Bakıya! Əsl şikayəti olan adam naziri görə bilmir. Ay nazir, gir Bəhrəmtəpəyə, kəndlərə, camaatın içinə gir. İmişlidə iki böyük kənd var. İki ildir bu camaat su deyib mələyir. Bizim səlahiyyətimiz də yoxdur. Bir artezian quyusudur da. Bunu çək də. Bizə səlahiyyətlər verilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR