Ukrayna ordusu Donetsk və Luqanskı aviasiya və artilleriya cəlb etmədən azad etməyi planlaşdırır

Ukrayna ordusu Donetsk və Luqanskı aviasiya və artilleriya cəlb etmədən azad etməyi planlaşdırır
# 08 iyul 2014 21:30 (UTC +04:00)

APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko bildirib.

“Hazırda terrorçuların cəmləşdiyi şəhərlərin bloklanması istiqamətində fəal tədbirlər görülür. Bu şəhərlərə aparan bütün yolların bağlanması ilə bağlı işlər görülür. Donetsk və Luqansk şəhərlərinin azad olunması ilə bağlı hazırlıq işləri davam edir. Hazırlıq çox əsaslı şəkildə aparılır, çünki prezident bu şəhərlərdə aviasiya və artilleriyadan istifadə etməyi qadağan edib.

Aviasiya və artilleriyanın dəstəyi olmadığı təqdirdə əməliyyata bütün ordu birləşmələrinin cəlb edilməsi nəzərdə tutulub. Terrorçuların hansı obyektləri ələ keçirdiyi, hansı küçələrdə postlar qurması, onların özlərinin və silah-sursatlarının hansı nöqtələrdə yerləşməsi barədə bizdə bütün məlumatlar var”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR