Multikulturalizm Mərkəzi Gəncə Dövlət Universiteti və İqtisad Universitetində monitorinq keçirib

Multikulturalizm Mərkəzi Gəncə Dövlət Universiteti və İqtisad Universitetində monitorinq keçirib
# 04 may 2015 12:04 (UTC +04:00)

Bakı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Gəncə Dövlət Universitetində və İqtisad Universitetində monitorinq keçirib. Mərkəzdən APA-ya verilən məlumata görə, “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

Monitorinqin aparılması üçün Gəncəyə BBMM-nin baş məsləhətçisi Rəvan Həsənov və Mərkəzin mütəxəssisi Aytən Məmmədova ezam olunub.

Monitorinq zamanı dərsin gedişatı ilə tanış olmaq üçün əməkdaşlar Gəncə Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin mühazirəsində iştirak edib. Fənni tədris edən siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədovun mühazirəsini magistratura pilləsinin bütün ixtisaslar üzrə təhsil alan 144 tələbə dinləyib.

Monitorinq çərçivəsində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və universitetin magistratura pilləsinin dekanı Emin Yaqubovla görüş keçirilib. Görüşdə prezident İlham Əliyevin multikulturalizm siyasətinə böyük önəm verdiyi vurğulanıb və “Azərbaycan multikulturalizmi” fənninin önəmindən danışılıb. Rektor Yusif Yusibov qeyd edib ki, bu semestr fənn ancaq magistratura pilləsinin tələbələri üçün tədris edilsə də, gələn semestrdən eyni zamanda bakalavr pilləsi üçün də tədris ediləcək.

Mərkəzdən bildiriblər ki, qurumun layihələr şöbəsinin müdiri Hikmət Babayev Azərbaycan İqtisad Universitetində də monitorinq aparıb. Universitetin politologiya kafedrasının baş müəllimi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Telman Niftaliyev “Multikulturalizm və Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistratura pilləsinin 46 tələbəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR