Təhsil naziri: “Ali məktəblərdə çalışanlar arasında 30 yaşa kimi elmlər doktoru yoxdur”

Təhsil naziri: “Ali məktəblərdə çalışanlar arasında 30 yaşa kimi elmlər doktoru yoxdur”
# 19 dekabr 2014 09:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan alimlərinin I Qurultayındakı çıxışında deyib.

Nazir zamanı deyib ki, hazırda ölkədə 1267 elmlər doktorundan 939 nəfəri, 10444 fəlsəfə doktorundan 5011 nəfəri təhsil sistemində fəaliyyət göstərir. M. Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir.

Nazir qeyd edib ki, fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir: “Yaranmış vəziyyəti nəzərə alaraq bir sıra tədbirlər görməyi nəzərdə tuturuq. Belə ki, ilk növbədə doktorantura təhsil səviyyəsində qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi, o cümlədən doktoranturanın təşkili və onu məzmunu müəyyənləşdirən normativ hüquqi sənədlərin hazırlanması, təhsil proqramlarının hazırlanması və təsdiqi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi, adambaşına maliyyələşmənin tətbiqi istiqamətində iş aparılır. Bizim bugünkü təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanına malik kadrları formalaşdırmağı bacarmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR