Hindistanın xarici işlər naziri İranda səfərdədir

Hindistanın xarici işlər naziri İranda səfərdədir
# 04 may 2013 09:37 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Hindistanın xarici işlər naziri Şri Salman Xurşid mayın 3-dən İranda səfərdədir. APA-nın məlumatına görə, səfərdə məqsəd İran-Hindistan hökumətlərarası əməkdaşlıq komissiyasının yığıncağında iştirak etməkdir.

Eyni zamanda S.Xurşidin İranın yüksək çinli rəsmiləri ilə görüşəcəyi bildirilir. Bundan əlavə, səfər çərçivəsində İran, Pakistan və Əfqanıstan arasında imzalanmış «Sülh» qaz boru kəmərinə Hindistanın da qoşulması ilə bağlı məsələsinin müzakirə ediləcəyi vurğulanır.

Qeyd edək ki, mayın 3-də Hindistan xarici siyasət idarəsinin rəhbərinin iştirakı ilə Tehranda Hindistan Mədəniyyət Mərkəzinin açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR