Azərbaycanda sertifikasiyadan keçən həkimlərin sayı açıqlanıb

Azərbaycanda sertifikasiyadan keçən həkimlərin sayı açıqlanıb
# 29 mart 2013 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il ərzində Azərbaycanda sertifikasiya prosesindən uğurla keçən və sertifikasiya şəhadətnaməsi alan səhiyyə mütəxəssislərinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, cari ilin 3 ayı ərzində ölkə üzrə 2560 nəfər həkim sertifikasiyadan keçib. Onun sözlərinə görə, həkimlərin sertifikasiya prosesi başlayandan, yəni ötən il yanvarın 1-dən bu günə kimi ümumilikdə 7 mindən artıq tibb işçisi sertifikasiyadan keçirilib. A.Qədirli qeyd edib ki, onların 4500-dən çoxu orta tibb işçisidir.

Qeyd edək ki, həkimlərin sertifikasiyası prosesi hər zaman davam edəcək bir prosesdir və bunun nə vaxtsa dayandırılması gözlənilmir. Hər bir səhiyyə mütəxəssisi fəaliyyət göstərdiyi müddət ərzində hər 5 ildən bir sertifikasiyadan keçdikdən sonra fəaliyyətini davam etdirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR