İdarə rəisi: “Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manat ziyan vurulub”

İdarə rəisi: “Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manat ziyan vurulub”
# 22 aprel 2015 08:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə 2015-ci ilin birinci rübünün yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

İdarə rəisi bildirib deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaranan gündən indiyədək 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib. Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub. Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR