Ukraynanın Slavyansk şəhəri yaxınlığında 150 separatçı öldürülüb

Ukraynanın Slavyansk şəhəri yaxınlığında 150 separatçı öldürülüb
# 04 iyul 2014 02:49 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın şərqində keçirilən antiterror əməliyyatın rəsmi sözçüsü Aleksey Dmitraşkovski bildirib. Onun sözlərinə görə, hazırda Milli Qvardiya DİN birləşmələri ilə birgə Nikolayevkanın separatçılardan tam təmizlənməsinə hazırlaşır.

“Düşmən ciddi itki verib – azı 150 silahlı öldürülüb, 6 dayaq məntəqəsi dağıdılıb, Nikolayevka və Semyonovkada silah-sursat anbarları məhv edilib”, deyə Aleksey Dmitraşkovski bildirib. Onun sözlərinə görə, Xarkov-Rostov magistral avtomobil yolu tam nəzarətə götürülüb.

Dmitraşkovski əlavə edib ki, Nikolayevka qəsəbəsi uğrunda gedən döyüşdə 1 hərbçi həlak olub, 4-ü isə yaralanıb. Sutka ərzində isə, ümumilikdə, 2 hərbçi həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR