® Daha bir beynəlxalq xeyriyyə hərəkatı Azərbaycandadır - FOTOSESSİYA

<font color=red>® </font>Daha bir beynəlxalq xeyriyyə hərəkatı Azərbaycandadır - <span style="color: red;">FOTOSESSİYA
# 22 avqust 2014 15:59 (UTC +04:00)

Bakı - APA. Hazırda yolu Azərbaycandan keçən bu 2 qadın xeyriyyə sorağındadır. İyulun 19-da “Subaru” XV avtomobili ilə Londondan yola çıxan Korin Kopreni və Cess Uatt Ulan Batora qədər 35 min kilometr məsafə qət edib geri qayıdacaq. 32 ölkə sərhədi, 3 səhra və 5 yüksək sıra dağ onların yolunu kəsə bilməyəcək.

Artıq Azərbaycanda olan Korin və Cess Monqolustanın “Go help!” xeyriyyə təşkilatının çağırışı və məşhur yapon avtomobil markası Subarunun dəstəyi ilə yola çıxıb. Məqsədləri isə xeyriyyə təşkilatına diqqət çəkmək və pul toplanmasına yardım etməkdir. “Bizim işimiz insanları məlumatlandırmaqdır, maraqlananlar təşkilata pulu internet vasitəsilə köçürə bilərlər” - Cess deyir.

Macəra sevən Korin uşaqlıqdan nənə-babasının yanına - Kanadaya tez-tez getdiyindən, uzun səyahətlərə alışıb. “Əmin idim ki, valideynlərimin mənə əyləncə kimi bəxş etdiyi bu xeyirxahlığı mən də haçansa geri qaytara biləcəyəm” deyən Korin “Subaru”nun da etdiyi xeyirxahlığın nəticəsiz qalmayacağı fikrindədir: “Subaru”nun 15-ci brendini Kanada ofisində sınaqdan keçirəndə məhz bu avtomobillə bu qədər yolu qət edə biləcəyimə əmin oldum. Keçdiyimiz yollar, bu qədər uzun yolda avtomobilin özünü necə aparması heç kəsin gözündən qaçmır. Qarşılaşdığımız hər kəsin diqqəti bizim məlumatlarımıza olduğu kimi, Subaru avtomobilinə də yönəlir”.

Avtomobili bir-birini növbələyərək idarə edən qadınlar gün ərzində 100 km-dən 800 km-ə qədər yol getdiklərini deyirlər. Gün ərzində maşında olduqları müddət isə sərhədlərdəki vəziyyətdən, tıxaclardan, yol şəraitindən asılı olaraq dəyişir.

Korin və Cessin səyahət macəralarını http://offtrax.subaru.eu/#xvchallenge saytından izləmək olar. Bu gün Azərbaycanla tanışlıqdan sonra xeyriyyə komandası Türkmənistana yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR