Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatıb

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatıb
# 13 avqust 2014 07:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul başa çatıb. TQDK-dan APA-ya verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb və 29786 abituriyent qeydiyyatdan keçib. Onlardan 14891 nəfəri cari ilin, 14895 nəfəri isə əvvəlki illərin məzunu olub.

Cari il məzunlarının bu təhsil pilləsinə müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılıb. Belə ki, bu təhsil pilləsinin məzunları kolleclərə qəbul olmaq üçün buraxılş imtahanından əlavə imtahan verməyiblər. Əvvəlki illərin məzunları üçün isə əlavə imtahan keçirilib. İmtahan 1 saat 30 dəqiqə ərzində aparılıb və abituriyentlərə ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunub. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşdirilib və toplanıla bilən maksimal bal 60-a bərabər olunub. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak ediblər. 23740 abituriyent tələb olunan müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR