Azərbaycan ərazisində buludlu və yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində buludlu və yağmursuz hava proqnozlaşdırılır
# 13 aprel 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq.

Aprelin 14-də bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlədə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 19-24 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Sabah ölkə ərazisində arabir güclənən xəzri küləkləri bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR