Azərbaycanda kardioloji xəstələrin sayı artıb

Azərbaycanda kardioloji xəstələrin sayı artıb
# 29 aprel 2013 12:35 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun direktor müavini Azad Hacıyev APA-ya açıqlamasında deyib ki, bu ilin ilk ayları ərzində də kardioloji xəstələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5-6% artım qeydə alınıb. Xəstəliklərin daha çox kişilər arasında təsadüf edildiyini deyən A. Hacıyevin sözlərinə görə, qadınlar pis vərdişlərdən - siqaret və içkidən az istifadə etdikləri üçün onlarda bu xəstəliklər az müşahidə olunur. A.Hacıyev qeyd edib ki, xəstəliyin qarşısını almaq üçün ilk növbədə ilkin yardım xidməti güclənməlidir: “Çünki ilkin saatda göstərilən yardımlardan çox şey asılıdır. Onun səbəbi vaxtında bilinməli və qarşısı alınmalıdır ki, ölümlə nəticələnməsin. Bundan əlavə, kardioloji xəstəliklər üçün profilaktika çox önəmlidir. Bir sıra xarici ölkələrdə düzgün profilaktika tədbirləri nəticəsində kardiocərrahiyyə əməliyyatlarının sayı nisbətən azalıb”.

A.Hacıyev qeyd edib ki, qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiyada kardioloji problemlərin həllinə yönələn bəzi məqamlar da öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR