Ağdamda maşın su quyusuna düşüb, yaralı var

Ağdamda maşın su quyusuna düşüb, yaralı var
# 07 dekabr 2014 20:40 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamda təkəri partlayan "Mercedes" markalı minik maşını yol kənarındakı su quyusuna düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Şirinov Nazim Tapdıq oğlunun idarə etdiyi maşın yoldan çıxaraq köhnə kəhriz quyusuna aşıb.

Sürücü yüngül xəsarət alıb, həyat yoldaşı Şirinova Turanə Şirin qızı isə orta ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların yas mərasimindən qayıtdığı bildirilir.

Faktla bağlı Ağdam Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR