Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 16% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 16% artıb
# 20 noyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 724,4 mln. manat olub.

APA-Economics”in məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 53,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 331,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR