Nazir müavini: “Azərbaycan Avropa Olimpiya oyunları ilə bağlı təhlükəsizliyə tam təminat verir”

Nazir müavini: “Azərbaycan Avropa Olimpiya oyunları ilə bağlı təhlükəsizliyə tam təminat verir”
# 10 oktyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan gələn il qəbul edəcəyi Birinci Avropa Olimpiya oyunları ilə bağlı idmançıların və gələn qonaqların təhlükəsizliyinə təminat verir”.

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman Komissiyasının iclasında deyib.

O qeyd edib ki, I Avropa Oyunlarında 6 mindən çox idmançının iştirakı gözlənilir. I Avropa Olimpiya oyunlarında 20 idman növü üzrə yarışın keçiriləcəyini deyən nazir müavini bildirib ki, bunlardan 16-sı Olimpiya, qalanları isə qeyri-olimpiya idman növləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR