“Unibank”ın 20 mln. manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıb

“Unibank”ın 20 mln. manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıb
# 18 dekabr 2014 12:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakı Fond Birjasında “Unibank” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılıb.


Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 20 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 20 min ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manatdır. İstiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik isə 9,75% təşkil edir.


Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR