“Ekolizinq” 1 mln. manat məbləğində istiqrazların emissiyasına hazırlaşır

“Ekolizinq” 1 mln. manat məbləğində istiqrazların emissiyasına hazırlaşır
# 24 iyul 2014 15:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Ekolizinq” MMC 1 mln. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ümumilikdə, hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 ədəd istiqraz buraxılıb.

İstiqrazların yerləşdirilməsi qapalı təklif üsulu ilə həyata keçiriləcək.

Xatırladaq ki, QKDK lizinq şirkətinin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini bu həftə qeydiyyata alıb.

Qeyd edək ki, Vergilər Nazirliyi “Ekolizinq” MMC-ni 2014-cü ildə qeydiyyata alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR