İrandan Azərbaycana narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb
# 24 sentyabr 2014 11:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Tərə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Əhməd Şöcainin üzərində şəxsi yoxlama zamanı ondan gömrük nəzarətindən gizlədilmiş 370 Azərbaycan manatı və 6 ədəd bükümdə, ümumi xalis çəkisi 10.177 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Denis Baxtiyevə məxsus əl çantası rentgen aparatından keçirilərkən həmin çantadan 2 ədəd “Medulak-WM” və 1 ədəd “Calcidi” markalanma yazılı flakonlarda təsiredici maddəsinin miqdarı 0,475 qram təşkil edən narkotik vasitə - metadon aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR