Roman Qriqorçuk: “Bu gün əvvəlkindən hazırlıqlı vəziyyətdəyik”

Roman Qriqorçuk: “Bu gün əvvəlkindən hazırlıqlı vəziyyətdəyik”
# 16 sentyabr 2015 18:10 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda Yunanıstanın PAOK klubunu qəbul edəcək təmsilçimizin çalışdırıcısı matç haqqında fikirlərini bildirib:

“Öz oyunumuz nümayiş etdirərək rəqibi neytrallaşdırmaq çətindir. Daha çox nəticə əldə etməyə çalışmalıyıq”.

Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb.

- Rafael Santosdan başqa komandada hansısa problem var?

- Xeyr, Santosdan başqa hər kəs hazırdır.

- Yeni transferlər sabahkı oyunda komandaya kömək etməyə hazırdır?

- Demək olar ki, onlar 100 faiz hazır deyillər. Ancaq sabahkı oyunda olacaqlarını istisna etmirəm.

- Rəqibi analiz etmisiniz. Hansı məlumatları əldə etmisiniz?

- Rəqibin oyununu analiz etmişik. Demək olmaz ki, hər şeyi bilirik. Nəzərə almalıyıq ki, rəqibin baş məşqçisi yenidir və taktika və oyunçulara yanaşması fərqlidir. Bütün olanları nəzərə almışıq və komanda da bundan məlumatlıdır. Rəqibdə hansısa yeniliklərin olacağına özümüzü hazırlayırıq.

- Avropa Liqasında "Qarabağ" və "Qəbələ" mübarizə aparır. Start baxımından hansı komandanın daha çox bəxti gətirib?

- Hesab edirəm ki, bunun önəmi yoxdur. çünki biz 3 oyun səfərdə, 3-nü isə evdə oynayacağıq. Hesab edirəm ki, "Borussiya" kimi komandanın Azərbaycana gəlir və biz bununla fəxr etməliyik. Çünki bu cür böyük komanda Bakıya gəlir. "Tottenhem"in, "Borussiya"nın Bakıya gəlməsi Azərbaycan üçün bayramdır.

- Ruslan Abışov "Qəbələ"dən getdi və yenidən komandaya qayıtdı. Niyə getmişdi və niyə qayıtdı?

- Həm daxili, həm də beynəlxalq turnirlərdə uğur qazanmaq üçün komandanın 4 mərkəz müdafiəçisi olmalıdır. Abışov gələnə qədər bizdə 3 mərkəz müdafiəçisi vardı. Allaha yalvarırdım ki, Santos və Stankoviç nə cəza alsın, nə də zədələnsin. Ona görə belə qərara gəldik ki, komandaya daha bir mərkəz müdafiəçisi gətirək. Mən həmin futbolçudan daxili çempionatda istifadə edə biləcəm.

- Ruslan Abışov "Xəzər Lənkəran"da olarkən demişdi ki, Qriqorçuk həmyerlisini qoyub məni oynatmaz. Həmin məsələyə aydınlıq gəlib?

- Onun gəlişinə qədər bu barədə danışığımız olmayıb. Bu peşəkarlıqdan uzaq sualdır. Biz sabah PAOK-la oynayırıq və Abışov da sabah iştirak etməyəcək. Bu mövzu bu gün olmalı deyildi. Hər bir futbolçu kimi Abışova da hörmətimiz var. Yəqin ki, o da bu məsələdə peşmandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR