Hindistanda qasırğa nəticəsində 55 nəfər ölüb

Hindistanda qasırğa nəticəsində 55 nəfər ölüb
# 24 aprel 2015 14:56 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Hindistanın Bihar ştatında qasırğa nəticəsində 55 nəfər ölüb, 80 nəfər yaralanıb.


APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, qasırğa ştatın 12 rayonuna ziyan vurub.

Yerli hökumət qasırğa qurbanlarının ailələrinə 6,3 min dollar təzminat ödəniləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR