Ukrayna prezidenti Donetsk və Luqansk şəhərlərinin azad edilməsi barədə planı təsdiqləyib - VİDEO

Ukrayna prezidenti Donetsk və Luqansk şəhərlərinin azad edilməsi barədə planı təsdiqləyib - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 07:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, general Mixail Koval yerli “5-ci kanal”a açıqlamasında deyib. O bildirib ki, dövlət başçısı Donbass bölgəsinin tamamilə silahlılardan azad edilməsi barədə planı dəstəkləyib: “Ali Baş Komandan Petro Poroşenko torpaqlarımızın azad edilməsinin bütün mərhələlərini ehtiva edən planı təsdiqləyib”.

M. Koval onu da qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə taktiki tabor qrupları cəmləşdirib və onlara Ukrayna ərazisindəki terrorçu qrupların Rusiya ərazisinə daxil olmasının qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi Ukrayna güc strukturları tərəfindən nəzarətə götürülüb. Lakin vilayət mərkəzləri – Donetsk və Luqansk şəhərləri hələlik separatçı-terrorçu qruplaşmaların əlindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR