Polşa Lex Kaçinskinin təyyarəsinin qalıqlarının qaytarılması tələbi ilə Rusiyaya nota verib

Polşa Lex Kaçinskinin təyyarəsinin qalıqlarının qaytarılması tələbi ilə Rusiyaya nota verib
# 25 fevral 2015 05:42 (UTC +04:00)

Bakı-APA. Polşa Smolensk yaxınlığında qəzaya uğrayan prezident təyyarəsinin qalıqlarının qaytarılması tələbi ilə Rusiyaya nota verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın TVN24 telekanalına diplomatik mənbələr məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi sorğunu martın sonunadək cavablandırmağı vəd edib.

“Rusiyanın mövqeyi dəyişmir. Təyyarənin qalıqları Polşanın mülkiyyətidir və Polşaya qaytarılmalıdır. Biz əminik ki, beynəlxalq qanunvericilik bu məsələdə tam şəffafdır”, deyə Polşa XİN-in mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Rusiya iddia edir ki, qəzanın səbəblərinin araşdırılması məqsədi ilə aparılan istintaq yekunlaşmayınca təyyarənin qalıqları Polşaya verilə bilməz.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin “Tu-154” tipli təyyarəsi 2010-cu ilin aprelin 10-da Smolensk yaxınlığında qəzaya uğrayıb. Nəticədə, prezident və xanımı daxil olmaqla təyyarənin göyərtəsində olan 86 sərnişin və ekipaj üzvləri həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR