Azərbaycan sərhədini qanunsuz keçən Türkiyə, Əfqanısatn və İran vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini qanunsuz keçən Türkiyə, Əfqanısatn və İran vətəndaşları saxlanılıb
# 19 noyabr 2014 10:24 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza saxlanılıblar.

Bundan başqa, Masallı polisi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR