Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib
# 07 iyul 2016 04:38 (UTC +04:00)

Bakı – APA. Dağıstanın cənubundakı Qarabudaxkənd rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Qarabudaxkənd rayonunda yerli vaxtla saat 04:30-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

Digər təfərrüatlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR