Təhsil Nazirliyinin elektron dərslik portalından 11374 nəfər istifadə edib

Təhsil Nazirliyinin elektron dərslik portalından 11374 nəfər istifadə edib
# 12 noyabr 2014 09:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalından bu günə qədər 11374 nəfər istifadə edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər olub. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.

Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.

Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR