Azərbaycanda 5 minə yaxın əlil 230 min manatadək birdəfəlik maddi yardımla təmin edilib

Azərbaycanda 5 minə yaxın əlil 230 min manatadək birdəfəlik maddi yardımla təmin edilib
# 02 dekabr 2014 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq həyata keçirilən bu tədbir ümumilikdə 8540 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı əhatə edir. Ümumi məbləği 256 200 manat olan birdəfəlik maddi yardımların qeyd olunan şəxslərin müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Bu ilin 9 ayında ƏƏSMN tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4 633 nəfər əlilliyi olan şəxs ümumilikdə 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR