İyun ayı ərzində 2 886 465 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

İyun ayı ərzində 2 886 465 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 04 iyul 2014 11:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Cari ilin iyun ayı ərzində 2 886 465 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar 73 PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək ANAMA tərəfindən 261 724 097 kvadrat metr ərazi təmizlənib və 689 085 mina və PHS tapılaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Beyləqan, Gədəbəy, Goranboy, Qazax, Füzuli, Qəbələ, Xocavənd, Lənkəran, Şəmkir və Tərtər, eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR