Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı olub

Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı olub
# 07 oktyabr 2015 14:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulandan sonra Dərbənddə Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin təntənəli açılışı olub.

Fonddan APA-ya verilən əmlumata görə, məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib.

Açılış mərasimində Dağıstanın təhsil və elm naziri Şahabbas Şahov iştirak edib.

Məktəbin şagirdləri açılış mərasimi münasibəti ilə mahnı və rəqslərdən ibarət tamaşa hazırlayıblar.

Qeyd edək ki, 1926-cı ildə tikilmiş 4 nömrəli məktəb əvvəlcə “Yeddiillik fabrik-zavod məktəbi” adlanıb. Gələn il təhsil müəssisəsinin yaradılmasının 90 ilik yubileyi qeyd ediləcək. Təmirdən sonra təhsil ocağında iki növbədə 700-dən çox şagird təhsil alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR