On dörd yaşlı lal-kar oğlunu qətlə yetirən atanın məhkəməsi başlayıb

 On dörd yaşlı lal-kar oğlunu qətlə yetirən atanın məhkəməsi başlayıb
# 23 fevral 2015 09:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.


Qeyd edək ki, ötən il iyulun 21-də Qobu sakini Eldəniz Məmmədov ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR