Bakı. Zümrüd Paşayeva – APA. Malayziya sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciəyə görə Ukrayna tərəfi məsuliyyət daşıyır.
APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu malaziyalı həmkarı ilə görüşü zamanı deyib.
“Hadisə Ukrayana hava məkanında baş verib və bu faciənin məsuliyyəti Ukraynanın üzərinə düşür”, - deyə o vurğulayıb.
Xatırladaq ki, şərqi Ukraynada MH17 sərnişin təyyarəsinin vurulması nəticəsində 298 nəfər həlak olub.