Barələrində çıxarılmış ölüm hökmü ömürlük cəza ilə əvəzlənən məhkumların müraciətinə Milli Məclisdə baxılacaq

Barələrində çıxarılmış ölüm hökmü ömürlük cəza ilə əvəzlənən məhkumların müraciətinə Milli Məclisdə baxılacaq
# 02 may 2013 13:06 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, dustaqların müraciətinə bu ay ərzində Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə uyğun olaraq Milli Məclis 1998-ci ilin fevral ayında Cinayət Məcəlləsində ölüm hökmü cəzasını ləğv edib.

Həmin vaxt bu maddə ilə cəza alanlar bu dəyişikliyə uyğun olaraq avtomatik ömürlük həbs cəzasına məhkum olunublar.

Hazırda həmin dustaqların sayı 80 nəfərdir və onlar bu qərarı qeyri-obyektiv hesab edərək mütəmadi aclıq aksiyası keçirirlər.

Onlar məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək, cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb edirlər.

Dustaqlar bununla bağlı Avropa Şurasına da müraciət ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR