Qazaxda bir ailənin 4 üzvü Kürdə batıb, onlardan 2-nin meyiti tapılıb

Qazaxda bir ailənin 4 üzvü Kürdə batıb, onlardan 2-nin meyiti tapılıb
# 03 avqust 2014 20:04 (UTC +04:00)

Qazax Rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.

Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb.

Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar.

Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.

Əraziyə gələn FHN-in “ARAN” Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.

İki qızın axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR