Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib
# 05 iyul 2015 16:00 (UTC +04:00)

Bakı – APA. Sabunçu rayonunda 1 nəfər dənizdə (nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaş Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xəzər rayonunda da dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşən vətəndaş Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR