AŞ Nazirlər Komitəsinin demokratiya üzrə məruzəçiləri MSK-da olublar

AŞ Nazirlər Komitəsinin demokratiya üzrə məruzəçiləri MSK-da olublar
# 08 aprel 2015 17:13 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Məzahir Pənahov MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini, seçkilər bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görüləcək işlər və nəzərdə tutulan layihələrlə maraqlanıb. Qonaqların suallarını cavablandıran Komissiya sədri seçkilərlə bağlı atılacaq addımlardan bəhs edib və həmçinin bildirib ki, planlaşdırılan layihələrin bir çoxunun beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.

Görüşdə Avropa Şurası ilə MSK arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR