Milli Şuranın üzvü: “KXCP-nin qərargahı sessiyanın keçirilməsi üçün əlverişli deyil”

Milli Şuranın üzvü: “KXCP-nin qərargahı sessiyanın keçirilməsi üçün əlverişli deyil”
# 24 iyul 2014 08:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın mətbuat xidmətinin rəhbəri, Milli Şuranın üzvü Oqtay Gülalıyev qurumun sessiyalarının Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilməməsinə aydınlıq gətirib.

O. Gülalıyev APA-ya açıqlamasında bildirib ki, indiyədək sessiyaların keçirildiyi KXCP qərargahının yer tutumu azdır: “Həmin yerdə sessiya keçirilərkən sərbəst hərəkət xeyli məhdudlaşır. Digər tərəfdən “Siyasi partiyalar haqqında” qanun var və bundan istifadə edərək, istəyirik ki, bizə normal yer versinlər. Bu istiqamətdə müəyyən yerlərə müraciət olunsa da, müsbət cavab almamışıq. Ancaq biz çalışacağıq ki, qanun çərçivəsində tədbirlərimizi keçirək”.

Xatırladaq ki, Milli Şuranın son sessiyaları KXCP-də keçirilib. KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya deyib ki, ayrı-ayrı fərdlər üçün yer problemi ola bilər, ancaq ümumilikdə Mili Şuranın sessiyası ilə bağlı yer problemi yoxdur: “Bizim qərargahımız var, sessiya istənilən vaxt burda keçirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR