DİN Masallıda baş verən uçqunla bağlı məlumat yayıb

DİN Masallıda baş verən uçqunla bağlı məlumat yayıb
# 21 avqust 2014 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Masallıda baş verən uçqunla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Masallı şəhəri Dadva küçəsində kanalizasiya xətlərinin quraşdırılması məqsədi ilə qazıntı işləri aparan tikinti şirkətinin işçiləri - Müsəddiq Novruzov və Ramin Seyidov torpaq uçqunun altında qalıblar.

Q. Novruzov hadisə yerində ölüb, R. Seyidovu isə xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR