Masallı sakini ov tüfəngi ilə ehtiyatsız davranma nəticəsində ağır yaralanıb - VİDEO

Masallı sakini ov tüfəngi ilə ehtiyatsız davranma nəticəsində ağır yaralanıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 13:33 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 1977-ci il təvəllüdlü Qaraş Əlisəfa oğlu Kərimov ov edən zaman ehtiyatsızlıqdan ona məxsus ov tüfənginin patronu arxadan açılaraq gözaltı nahiyəsinə dəyib və ağız boşluğunun sərt damağını deşərək içəri nüfuz edib. Yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Patronun Q.Kərimovun damağından çıxarılması üçün Bakıdan təcrübəli həkimlər çağırılıb. Hələlik görülən tədbirlərin nəticəsi olmayıb. Onun yaxın saatlarda Bakıdakı xəstəxanalardan birinə köçürüləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR