Qubada 2 otaqlı ev yanıb

Qubada 2 otaqlı ev yanıb
# 16 noyabr 2014 00:48 (UTC +04:00)

Bakı-APA. Qubada gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR