Bank Of Baku

Ürək və gözün buynuz qişası transplantasiyalarının icbari sığorta zərfinə daxil edilməsi təklif olunur

Yeganə Abbasova

© APA | Yeganə Abbasova

# 31 oktyabr 2026 09:30 (UTC +04:00)

"Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir".

APA xəbər verir ki, bunu Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, Azərbaycanda milli kök hüceyrə reyestri yaradılmalıdır:

“Böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz xidmətlərindən yararlana bilməsi üçün müvafiq xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməlirdir. Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiq edilmiş vahid informasiya sisteminin formalaşdırılması, eləcə də ən azı 10 min nəfər üzrə beş lokuslu HLA analizlərinin aparılması xidmətlərinin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir”.

O vurğulayıb ki, bunun əsas məqsədi Azərbaycan vətəndaşlarının transplantasiya əməliyyatları üçün xaricə getməsinin qarşısını almaq, eyni zamanda, xarici ölkələrin vətəndaşlarına donor dəstəyi göstərmək və onların müalicə üçün Azərbaycana gəlməsinə şərait yaratmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR