Bank Of Baku

Zəngilanda növbəti əmək yarmarkası keçirilib

Zəngilanda növbəti əmək yarmarkası keçirilib
# 03 iyun 2026 19:06 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib:

"Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR