Bank Of Baku

Ali məktəblərin rus dili bölməsinə sənəd vermiş abituriyentlər üçün bu gün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir

Ali məktəblərin rus dili bölməsinə sənəd vermiş abituriyentlər üçün bu gün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
# 20 iyun 2008 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Ali məktəblərin rus dili bölməsinə sənəd vermiş abituriyentlər üçün bu gün Bakı və Naxçıvan şəhərlərində “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, imtahanda 2993 abituriyent iştirak edir. Onlardan 8-i Naxçıvan şəhərində imtahan verir. Bakıda isə imtahanlar Yasamal rayonunun 53 və 225, Nərimanov rayonunun isə 36, 47 və 258 saylı orta məktəblərində keçirilir. Komissiya sədri bildirib ki, rus bölməsi üçün “Azərbaycan dili” fənnindən birinci imtahan mayın 3-də keçirilib. Həmin imtahanda iştirak etməyənlər isə bu gün imtahan verirlər. M. Abbaszadə bildirib ki, bu imtahanda iştirak etməyən, həmçinin müəyyən olunmuş balı toplamayanlar əsas imtahanlara buraxılmayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR