Bank Of Baku

Bakıda “Əhalinin hüquq təhsili və maarifləndirməsində kitabxanaların rolu” mövzusunda seminar keçirilib

Bakıda “Əhalinin hüquq təhsili və maarifləndirməsində kitabxanaların rolu” mövzusunda seminar keçirilib
# 21 iyun 2008 08:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Bakıda insan hüquqları aylığı çərçivəsində “Əhalinin hüquq təhsili və maarifləndirməsində kitabxanaların rolu” mövzusunda seminar keçirilib.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, seminarda dövlət qurumlarının, nazirliklərin kitabxanaları və tədris mərkəzlərinin rəhbərləri iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən E.Süleymanova Ombudsman Aparatında ilk İnsan Hüquqları Kitabxanasının yaradılması və onun fondundakı hüquqi nəşrlər barədə iştirakçılara məlumat verib. Rusiyanın M.Rudomino adına Xarici Ədəbiyyat üzrə Ümumrusiya Dövlət Kitabxanasının Hüquqi İnformasiya Mərkəzinin direktoru Olqa Suxova kitabxananın fondunda olan ədəbiyyatların müxtəlif mövzular üzrə komplektləşdirilməsini yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR