Bank Of Baku

Elçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib

Elçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib
# 23 iyun 2008 13:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli- APA. Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev bu gün nümayəndə heyətini qəbul edib. DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, E. Quliyev görüşdə Azərbaycanda və regionda geosiyasi vəziyyət, Ermənistanın təcavüzkar siyasətinin Azərbaycanın sərhəd təhlükəsizliyinə mənfi təsiri, işğal nəticəsində 132 km Azərbaycan İran, 733 km Azərbaycan-Ermənistan sərhədinin nəzarətsiz qalmasını qeyd edib. DSX-nin Avropa İttifaqı ilə əməkdaşlığının uğurla davam etdirildiyi müsbət qiymətləndirilib. Nümayəndə heyətinin həmçinin, Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirliklərində qəbulu nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR