Bank Of Baku

Fikrət Məmmədov Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi ilə görüşüb

Fikrət Məmmədov Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi ilə görüşüb
# 23 iyun 2008 15:34 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli- APA. Azərbaycanda səfərdə olan Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkinin başçılıq etdiyi nümayəndə heyəti bu gün ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazir qonaqlara Azərbaycanda ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlər seçimi barədə məlumat verib. Y. Demminkin Niderlandın ölkəmizlə hüquqi sahədə əlaqələrin inkişaf etdirilməsinə önəm verərək, konkret tədbirlər həyata keçirmək niyyətində olduğunu bildirib. Görüşdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR