Bank Of Baku

Aqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub

Aqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub
# 24 iyun 2008 08:48 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Xəlil prosesə qatılmayıb. Dövlət ittihamçısı Eldar Həmzəyev A. Xəlilin ibtidai istintaqa ziddiyyətli ifadələr verdiyini bildirib, məhkəmənin obyektiv qərar çıxarması üçün onun prosesdə iştirakını vacib sayıb. S. Strekalin və onun vəkili Arif Məlikov da A. Xəlilin məhkəmədə iştirakının təmin edilməsini istəyiblər. A. Xəlilin vəkili Elçin Sadıqov isə müdafiə etdiyi şəxsi S. Strekalininin bıçaqlamadığını əsas gətirərək onun prosesdə iştirak etməyəcəyini bildirib. Məhkəmə heyəti yerində müşavirə edərək A. Xəlilin məhkəmədə iştirakına qərar verib. Onun prosesdə iştirakının təmin olunması üçün proses iyulun 1-dək təxirə salınıb.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR